Trampdan Baydenin oğlu ilə bağlı vacib açıqlama: Prezident seçilsə...
Bizi izləyin

ABŞ

Trampdan Baydenin oğlu ilə bağlı vacib açıqlama: Prezident seçilsə...

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp etiraf edib ki, bu ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, hazırkı Amerika lideri Co Baydenin oğlunu əfv edə bilər.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Salem Radio Network” radiosuna müsahibəsində deyib.

Siyasətçi aparıcının müvafiq sualına “Mən bu amili siyahıdan silməzdim” deyib.

Eyni zamanda, Tramp təqsirləndirilən Hunter Baydenin “əslində pis adam olduğunu” söyləyib. Xatırladaq ki, Hunter Bayden vergidən yayınmaqda və silah saxlamaqda ittiham olunur.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm