Həkimlər Trampa şok diaqnoz qoydular: Bədxassəli...
Bizi izləyin

ABŞ

Həkimlər Trampa şok diaqnoz qoydular: Bədxassəli...

ABŞ-da 200-dən çox psixi sağlamlıq mütəxəssisi keçmiş prezident Donald Trampda ağır və sağalmaz şəxsiyyət pozğunluğu olaraq təyin olunan "bədxassəli narsisizm" əlamətlərinin olduğunu iddia edir.

Publika.az xəbər verir ki, bu iddialar Trampın 2020-ci ilə qədər müşaviri olmuş Kellianne Konveyin keçmiş əri Corc Konvey tərəfindən idarə olunan “Anti-Psychopath Pac” tərəfindən irəli sürülüb.

“New York Times” səhifələrində dərc edilən hesabatda bildirilib ki, Tramp sosial normalara əməl etməmək, təkrar yalan danışmaq, başqalarının təhlükəsizliyinə məhəl qoymamaq və peşman olmamaq kimi davranış pozğunluqları göstərib. Ekspertlər bu davranışların Trampı təhlükəli etdiyini bildiriblər.

Hesabatda həmçinin qeyd olunub ki, Trampda koqnitiv geriləmə əlamətləri var və o, tam nevroloji müayinədən keçməlidir.

ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığından Trampın səhhəti, yaşı müzakirələrin mərkəzində qalmaqda davam edir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm