ABŞ
ABŞ-da "TikTok"la bağlı qərar ləğv oluna bilər
ABŞ Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsinin aktivlərinin satılması və ya ABŞ-da qadağan olunması ilə bağlı qanunun Birinci Dəyişikliyi pozub-pozmadığını nəzərdən keçirəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, “TikTok”un 10 yanvar tarixinə irəli sürdüyü arqumentlərə baxılacaq, lakin sosial şəbəkəsinin aktivlərinin satılması ilə bağlı son günün (19 yanvar) müəyyən edilməsi ilə bağlı qərar qüvvədə qalacaq.
Qeyd edək ki, “TikTok” sosial şəbəkədən istifadənin qadağa olunmasının milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırılmasına dair Appeliyasiya Məhkəməsinin qərarının ləğvi üçün Ali Məhkəməyə müraciət edib. Konqres bu qanunu aprel ayında iki partiyanın böyük dəstəyi ilə təsdiq edib.
Qanun layihəsinin tərəfdarları bildiriblər ki, “TikTok” milli təhlükəsizlik üçün risklər yaradır və Çin hökumətinin proqram vasitəsilə amerikalıları casusluğa cəlb edir və təbliğat aparır.
Tramp ilk administrasiyası zamanı “TikTok”u qadağan etməyə çalışsa da, budəfəki seçki kampaniyası zamanı sosial şəbəkəni xilas edəcəyini vəd edib.
-
MDB15:40
Putindən Qərbi çaş-baş salacaq çağırış: Gəlin mərc edək ki...
-
Qoroskop15:16
Ən dələduz 5 bürc: Hamını aldatmağı bacarırlar
-
MDB14:20
Putindən qorxunc mesaj: Bu halda nüvə silahı olmayan ölkəyə də nüvə zərbəsi endirəcəyik
-
Nida Xəbər 14:02
Əli Əsədovdan daha bir qərar
-
Nida Xəbər 13:26
Azərbaycanda generallar məhkəməyə çağırıldı - Biri Kərəm Mustafayevdir / FOTO
-
Hadisə12:30
Meyiti tapılan bloger bu klinikada əməliyyat olunub - 5 min veribmiş / FOTO
-
Nida Xəbər 11:30
Fərid Vəliyevə PA-da vəzifə verildi - FOTO
-
Sosial11:08
Azərbaycanda bloger evində ölü tapıldı