İdman
DÇ-2026-nı rekord sayda azarkeş izləyəcək: İnfantino rəqəmləri açıqladı
FİFA prezidenti Canni İnfantino İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Publika.az xəbər verir ki, İnfantino 48 komandanın iştirak edəcəyi Dünya Kuboku üçün rekord rəqəmləri təqdim edib.
“Bu, dünyanın bütün komandalarının təxminən dörddə birini təşkil edən 48 komandanın iştirak etdiyi ilk Dünya Kuboku olacaq. Üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun keçiriləcək. Stadionlarda təxminən 7 milyon tamaşaçı, dünya üzrə isə televiziya qarşısında təxminən 6 milyard insan olacaq. Oyunları izləyən amerikalılar üçün bu, bir ayda 104 Super Kubok izləmək kimidir.
Bilet satışının ilk mərhələsini dörd həftə əvvəl açdıq və 500 milyondan çox müraciət aldıq. Dünya Kuboklarının təxminən 100 illik tarixində FİFA cəmi təxminən 50 milyon bilet satıb, lakin burada dörd həftə ərzində 1000 illik Dünya Kuboku tarixinə bərabər müraciət aldıq. Bu, insanların orada olmaq, səyahət etmək və birlikdə olmaq istədiklərini göstərir”, – deyə İnfantino bildirib.
-
Nəqliyyat23:36Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər
-
ABŞ23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin122:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər








.webp)












.jpg)










.jpg)


