MDB
Rusiya dollar çap etdi: Tramp və Putinin üzü olan əskinaslar "tədavülə" buraxıldı - FOTO
Rusiya bazarlarında qeyri-adi suvenir dollarlar satışa çıxarılıb. Həmin əskinaslarda ABŞ prezidenti Donald Trampın siması Rusiya lideri Vladimir Putinin simasına çevrilir və onun nominal dəyəri 100 dollardır.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Suvenirin qiyməti 500 rubl olaraq qiymətləndirilir. Satıcıların dediyinə görə, Putinin üzünü yalnız ultrabənövşəyi şüalar altında Trampın şəklinin üstündə çap olunmuş formada görə bilərsiniz.
Mənbə bildirir ki, suvenirin arxasında ABŞ liderinin sui-qəsd cəhdindən dərhal sonra Pensilvaniyadakı mitinqdən məşhur fotoşəkili var. Putinin mikrofonlarla podiumun arxasında dayandığı fotosu da ancaq ultrabənövşəyi şüalar altında görünür.
Məhsulun bildiriş kartında “çap üçün su nişanı olan xüsusi kağızdan istifadə edildiyi” və suvenir pul nişanlarının məhdud tirajla buraxıldığı göstərilir.
Adəm Abbaslı


-
İdman20:48Nazir Elşən Hüseynova yüksək vəzifə verdi
-
Hadisə19:36Bakıda yaşayış binasındakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİR
-
Avropa19:00Makron ictimaiyyət qarşısına görün nə halda çıxdı - Xanımı vurub?
-
Sağlamlıq18:48Qış depressiyasından necə xilas olmaq olar? - SADƏ ÜSULLAR
-
Dünya17:26Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır
-
Sosial17:22Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
-
Sosial16:06İqbal Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist















.jpg)






















