"Tezliklə biz ölkə olaraq böyüyə bilərik"
Bizi izləyin

ABŞ

"Tezliklə biz ölkə olaraq böyüyə bilərik"

ABŞ ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə genişlənə bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı deyib.

“Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik”, – Tramp bildirib. O bunun necə baş verə biləcəyini açıqlamayıb.

Yeni Amerika lideri daha əvvəl dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirmiş, bu halda ona hərbi və digər üstünlüklər söz vermişdi. Kanada iqtidarı bunun heç vaxt baş verməyəcəyini bildirmişdi.

Tramp həmçinin vurğulayıb ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. O, Danimarkanı ada üzərində hüquqlarından imtina etməzsə, yüksək ticarət rüsumları tətbiq etməklə hədələyib. Hələ birinci prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı təklif etmişdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya iqtidarı bu ideyanı rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm