ABŞ
ABŞ xarici ölkələrə yardımı dayandırdı
ABŞ Dövlət Departamenti ölkənin mövcud xarici yardımlarını 90 gün müddətində müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq sərəncamın icrası məqsədilə atılıb.
Dövlət katibi Marko Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.
Ümumilikdə, Marko Rubio növbəti 85 gün ərzində vəziyyəti nəzərdən keçirdikdən sonra proqramların davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar veriləcək. O vaxta qədər Marko Rubio tərəfindən müəyyən istisnalar təsdiq edilə bilər.
Dövlət Departamentinin Xarici Yardım Bürosu tərəfindən hazırlanan sənəddə yalnız İsrail və Misirin hərbi maliyyələşdirilməsi ilə bağlı istisna tətbiq ediləcəyi bildirilir. Sənəddə başqa ölkələrin, o cümlədən Ukraynanın adı qeyd olunmayıb.
-
İdman13:30
Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq – Bekhem sirri açdı
-
Sosial12:10
DİN-dən “itirilmiş bağlamalar”la bağlı XƏBƏRDARLIQ
-
Dünya11:49
Müəllimlər məktəbdə içki məclisi təşkil etdi: Valideynləri şoka salan görüntülər - Video
-
Dünya11:27
78 nəfərin öldüyü hotelin sahibi ifadə verdi: Nələri etiraf etdi?
-
ABŞ11:16
Tramp səfər edəcəyi ilk ölkənin adını AÇIQLADI
-
Hadisə10:42
Mərdəkanda partlayış baş verdi: xəsarət alan var
-
ABŞ10:36
ABŞ-ın koronavirusla bağlı ittihamları Çini qəzəbləndirdi
-
Avropa10:00
Zelenski Trampın Rusiyaya qarşı bu taktikasını DƏSTƏKLƏDİ