Tramp Baydenin İsraillə bağlı BU QADAĞASINI ləğv etdi: 1800 ədəd bomba göndərilir
Bizi izləyin

Dünya

Tramp Baydenin İsraillə bağlı BU QADAĞASINI ləğv etdi: 1800 ədəd bomba göndərilir

Donald Tramp administrasiyası İsrailə 2000 funt-sterlinqlik bomba satışına qoyulan qadağanı ləğv edib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti bu barədə "Truth" sosial platformasında yazıb.

"İsrail tərəfindən sifariş edilən və haqqı ödənilən, lakin Baydenin göndərmədiyi bir çox şey indi yoldadır!", - o qeyd edib.

KİV-lər 1800 ədəd bombanın yaxın günlərdə İsrailə göndəriləcəyini bildirirlər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin ötən ilin may ayında bu bombaların İsrailə tədarükünə qadağa qoyması iki ölkə arasında ən ciddi böhranlardan birinə səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm