Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ - Hərbi təyyarələr geri qaytarıldı
Bizi izləyin

ABŞ

Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ - Hərbi təyyarələr geri qaytarıldı

Kolumbiya göyərtəsində təxminən 160 deportasiya edilmiş miqrantın olduğu Latın Amerikası ölkəsinə gedən iki ABŞ hərbi təyyarəsini geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barəd "Reuters" amerikalı məmura istinadla xəbər verir.

Nəşr qeyd edir ki, Kolumbiya təyyarələr Kaliforniyadan havaya qalxarkən onların icazələrini ləğv edib.

Bundan əvvəl Kolumbiya prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində yazıb ki, miqrantları daşıyan Amerika təyyarələrinin ölkəyə girişini qadağan edir.

O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlarla ləyaqətlə davranmaq üçün “protokol yaratmağa” çağırıb .

Prezident Donald Tramp inauqurasiyadan sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını, həmçinin milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. Siyasətçi Meksika ilə sərhəddə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etməklə, ora qoşun göndərməklə hədələyib.

Onun administrasiyası artıq sənədsiz miqrantların mühakimə olmadan deportasiya edilməsinə icazə verib və sələfi Co Bayden tərəfindən ləğv edilən Meksikada Qalan proqramının bərpa olunduğunu elan edib. Bu, sığınacaq axtaranlardan öz işləri ilə bağlı qərarları ABŞ-da deyil, Meksikada gözləmələrini tələb edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm