Trampın ağır cinayət törədənlərlə bağlı PLANI - Bunu da biznesə çevirir
Bizi izləyin

ABŞ

Trampın ağır cinayət törədənlərlə bağlı PLANI - Bunu da biznesə çevirir

ABŞ prezidenti Donald Tramp Mayami yaxınlığındakı görüşdəki çıxışında ağır cinayət törətmiş şəxslərin xarici ölkələrə kiçik ödəniş müqabilində göndərilməsini təklif edib.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının Mayami yaxınlığındakı “National Doral Resort” otelində keçirilən toplantısının gündəliyi ilə bağlı açıqlamalar verib.

Tramp Birləşmiş Ştatların qızıl dövrünün rəsmi olaraq başladığını ifadə edib:

“Qeyri-qanuni cinayətkarların izinə düşüb, onları ölkəmizdən çıxarırıq. Zorakı cinayətkarların ölkəmizdə olmasını istəmirəm. Əgər onlar dəfələrlə həbs olunublarsa təkrar cinayətə qarışıblarsa, onların ölkəmizdən çıxarılmasını istəyirəm. Ümid edirəm ki, onları ölkəmizdən çıxarmaq üçün razılıq alacağıq. Çox cüzi bir ödəniş müqabilində xarici ölkəyə aparılıb başqaları tərəfindən baxılacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm