Təyyarə qəzası: Çaydan 18 cəsəd çıxarıldı - VİDEO
Bizi izləyin

ABŞ

Təyyarə qəzası: Çaydan 18 cəsəd çıxarıldı - VİDEO

Vaşinqton yaxınlığında eniş zamanı sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşmasından sonra Potomak çayında xilasetmə əməliyyatı davam edir.

Publika.az xəbər verir ki, CBS telekanalının məlumatına görə, 18 nəfərin cəsədi çaydan çıxarılıb.

“Potomak çayında aparılan axtarış-xilasetmə əməliyyatları zamanı suda üç dağıntı sahəsi aşkar edilib, yerli vaxtla saat 23:30-a olan məlumata görə, 18 cəsəd tapılaraq çıxarılıb”, - deyə xilasetmə əməliyyatında iştirak edən polis əməkdaşlarından biri bildirib.

Qeyd edək ki, Viçitadan (Kanzas) Vaşinqtona uçan sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub, “Black Hawk” helikopterinin ekipajı isə üç amerikalı hərbçidən ibarət olub.

Hadisə Vaşinqtonun Ronald Reyqan Milli Hava Limanına sərnişin təyyarəsi enməyə cəhd edərkən baş verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm