Tramp qisasını alır: Zukerberq ona bu qədər pul ödəyəcək
Bizi izləyin

ABŞ

Tramp qisasını alır: Zukerberq ona bu qədər pul ödəyəcək

ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra "Facebook" və "Instagram"da səhifələrinin bloklanmasına görə “Meta” korporasiyasından təzminat alacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Trampla "Meta" bu barədə razılaşma imzalayıb. Razılaşmanın şərtlərinə əsasən, şirkət 25 milyon dollar təzminat ödəyəcək. 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək.

Qeyd edək ki, Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” bundan əvvəl Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm