ABŞ
Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi
Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert (Bob) Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Manhettendə federal məhkəmə qərar verib.
O, korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edilib. İttiham tərəfi Menendesə 15 il həbs cəzası istəyib. Hakim Sidni Steyn isə keçmiş senatoru maksimum müddətə cəzalandırmayıb.
Menendesin şərikləri - Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana da həbs edilib. Onlar müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, R.Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Onun rüşvət kimi qızıl külçə, nağd pul, bahalı saatlar və avtomobil qəbul etdiyi bildirilib.
Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendes uzun illər ABŞ-dakı erməni lobbisinin əsas simalarından biri olub.
-
Magazin119:24
“Pul köçürsünlər, adlarını çəkim”
-
Region19:12
Ərdoğan TAPŞIRIQ VERDİ: Qəzza sektorunda beş girov azad edildi - FOTO
-
Səhiyyə18:48
Bu tərəvəzin şirəsi ürək və damar xəstəlikləri riskini KƏSKİN AZALDIR
-
Kriminal17:02
MN-in sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - Araşdırma başladı
-
MDB16:56
Ukrayna torpaqlarına onun da gözü düşdü: “Uydurma dövlətdir”
-
Sosial16:26
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - Açıqlama
-
Region15:26
Kadırovun yoxa çıxması ilə bağlı suallara aydınlıq gətirildi: Haradadır?
-
Hadisə15:02
Azərbaycanda tanınmış ekspert həbs edildi - FOTO