ABŞ
“Google”dan Trampın qərarına reaksiya: xəritələrə düzəliş ediləcək
“Google Maps” xidmətində ABŞ-dan olan istifadəçilər xəritədə Meksika körfəzi əvəzinə “Amerika körfəzi”, Denali dağı əvəzinə isə “Mak-Kinli dağı” coğrafi adlarına rast gələcəklər. Bu yenilik ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanı qüvvəyə mindikdən sonra tətbiq ediləcək.
Publika.az xəbər verir ki, bu barədə “Google” şirkətindən məlumat verilib.
Bildirilib ki, şirkət rəsmi dövlət mənbələrinə daxil edildikdən sonra yeni adlardan istifadə etməklə bağlı mövcud təcrübəyə sadiq qalacaq. İndiki halda söhbət coğrafi adların məlumat sistemindən (GNIS) gedir.
“Baş verəndən sonra biz tez bir zamanda ABŞ-dakı “Google Maps” xidmətini yeniləyəcəyik ki, Mak-Kinli dağı və Amerika körfəzi xəritədə görünsün”, - deyə şirkətin məlumatında qeyd olunub.
Eyni zamanda, “Google” şirkətinin bəyanatında vurğulanıb ki, Meksikadan olan istifadəçilər xəritədə ölkələrində qəbul edilmiş körfəzin əvvəlki adını görəcəklər. Çünki rəsmi adlar ölkələrə görə dəyişəndə digər dövlətlərin istifadəçiləri hər iki adı görürlər. Obyektlərin adlarının hansı ardıcıllıqla göstəriləcəyi ilə bağlı “Google” dəqiq məlumat verməyib.
-
Elm və təhsil31 Yanvar 23:30
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
-
Sosial31 Yanvar 23:15
Çörəyin qiyməti ilə bağlı daha bir XƏBƏR
-
Nəqliyyat31 Yanvar 21:55
Bu yolda məhdudiyyət aradan qaldırıldı
-
Magazin131 Yanvar 21:19
Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO
-
Nəqliyyat31 Yanvar 19:05
Bu avtobusların hərəkət sxemi dəyişdirilir
-
Səhiyyə31 Yanvar 18:15
Səhiyyə Nazirliyi məlumat yaydı: son bir ayda 82 plastik cərrah...
-
Dünya31 Yanvar 16:48
Alimlər heyrətdə: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
-
Sosial31 Yanvar 15:41
Bakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR