Faciəyə səbəb olan elikopterin üçüncü ekipaj üzvü o imiş...
Bizi izləyin

ABŞ

Faciəyə səbəb olan elikopterin üçüncü ekipaj üzvü o imiş...

Kapitan Rebekka Lobaç Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk" helikopterinin üçüncü ekipaj üzvü olub.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ordu rəsmi olaraq “Black Hawk” helikopterində olan üç ekipaj üzvündən birinin - 28 yaşlı kapitan Rebekka Lobaç olduğunu müəyyən edib”, - məlumatda deyilir.

Lobah ailəsinin yayımladığı açıqlamada deyili:

"Rebekka ordu pilotu vəzifəsindən əlavə olaraq, Ağ Evin hərbi sosial köməkçisi olaraq xidmət etmək şərəfinə sahib olub. Ağ Evin Şərəf Medalı və Prezident Azadlıq medalı da daxil olmaqla saysız-hesabsız tədbirlərində prezidentə və birinci xanıma könüllü dəstək verib".

Helikopterin ekipajında ​​həmçinin Corciyadan olan 28 yaşlı serjant Rayan Ostin O'Hara və Merilend ştatından olan 39 yaşlı kiçik zabit Endryu Loyd Eves də var idi.

Yanvarın 30-da Kanzasdan uçan "Bombardier CRJ700" sərnişin təyyarəsi Vaşinqtondakı Reyqan hava limanına yaxınlaşarkən havada hərbi "Black Hawk" helikopteri ilə toqquşub. Hər iki hav nəqliyyatı vasitəsi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub. Helikopter təlim uçuş həyata keçirirmiş.

FTB Vaşinqton yaxınlığındakı təyyarə qəzasında terrorçuların iştirakını inkar edir. ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı tam məlumatlı olduğuna inanır. Onun sözlərinə görə, təyyarə qəzasının qarşısını almaq olardı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm