"Real Madrid" autsayderə uduzdu
Bizi izləyin

İdman

"Real Madrid" autsayderə uduzdu

İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, lider "Real Madrid" Barselonada "Espanyol"un qonağı olub.

Qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Görüş ərzində meydan sahiblərinin müqavimətini qıra bilməyən kral klubu oyunun son dəqiqələrində qapısında qol görüb - 1:0.

Bu məğlubiyyətdən sonra ilk pillədəki "Real"la yarış cədvəlinin ikincisi "Atletiko" arasındakı xal fərqi (50/48) azalıb. "Espanyol"a gəlincə, komanda 21 xalla 18-ci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm