Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... - VİDEO
Bizi izləyin

ABŞ

Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... - VİDEO

Amerikanın Hyuston şəhərində "United Airlines"a məxsus təyyarə havaya qalxmazdan əvvəl yanıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, təyyarədə olan 104 sərnişin və 5 ekipaj üzvü təxliyə edilib.

“Panduslar və pilləkənlərdən istifadə edərək uçuş-enmə zolağına evakuasiya edilib və gündüz uçuşu üçün yenidən bron edilib”, - nəşr yazır.

"Fox26" qeyd edib ki, sərnişinin çəkdiyi videoda təyyarənin qanadından tüstü və alov yüksəldiyi görünür.

Məlumata görə, yanğınsöndürənlər hadisə yerində olub və sərnişinləri endirməyə kömək ediblər. Ölən və yaralananlar olmayıb.

Qeyd edilib ki, təyyarə Nyu-Yorka uçmalı idi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm