"Real"ın ulduzu yenə sıradan çıxdı
Bizi izləyin

İdman

"Real"ın ulduzu yenə sıradan çıxdı

"Real"ən mərkəz müdafiəçisi David Alaba zədələnib.

Publika.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Avstriyalı futbollçuya sol budun əlavəedici əzələsinin zədələnməsi diaqnozu qoyulub. Alabanın sağalma müddəti 2-3 həftə çəkəcək.

Buna görə də o, La Liqanın 23-cü turunda (8 fevral) "Atletiko" ilə derbini və fevralın 11 və 19-da baş tutacaq Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə hər iki matçı buraxacaq.

Qeyd edək ki, zədə səbəbindən təqribən 1 il yaşıl meydanlardan kənar qalan David yanvarın 16-da meydanlara qayıtmışdı. Bu müddətdə o, 3 oyunda cəmi 65 dəqiqə meydanda olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm