ABŞ
Oliqarxiyanın Trampa təsiri: Böyük biznes yenidən sağçıları dəstəkləməyə başlayıb
ABŞ-da hakim olan Respublikaçılar böyük pulların partiyası sayıla bilər, çünki onlar həqiqətən də böyük kapitalın maraqlarını müdafiə edirlər.
Publika.az xəbər verir ki, bu barədə siyasi strateq və analitik Pavel Dubravski “Lenta.ru”-ya şərhində danışıb.
"Respublikaçılar Partiyası öz kökünə, təməllərinə qayıdıb. Bu gün yenidən böyük pulların və böyük kapitalın partiyasına çevrilib", - o qeyd edib.
Politoloq xatırladıb ki, prezident Barak Obamanın dövründə iri korporasiyalar Demokratlar Partiyasına yönəlməyə başlayıb. Lakin Donald Trampın tərəfdarları Respublikaçılar Partiyasına hakim olmağa başladıqdan sonra böyük biznes yenidən sağ qüvvələri dəstəkləməyə başladı.
Bununla belə, böyük kapitalın Amerika siyasətinə təsiri həmişə mövcud olub. Bu baxımdan oliqarxların təsirini indiki Tramp administrasiyasının müstəsna xüsusiyyəti hesab etmək olmaz”, deyə Dubravski yekunlaşdırıb.
ABŞ prezidentliyindən getməzdən əvvəl demokrat Co Bayden ölkədə oliqarxiya təhlükəsindən danışıb. Onun sözlərinə görə, Donald Trampın dövründə böyük biznesmenlər Amerika demokratiyasını təhdid edəcəklər.
Tural
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































