ABŞ
ABŞ siyasətinin "SAĞALMAZ SİNDROMU" - İndi də Tramp və Rubio büdrədi / VİDEO
ABŞ lideri Donald Tramp prezident təyyarəsinin pilləkənləri ilə qalxarkən büdrəyib. Bu hadisə onun sələfi Co Baydenin rezonans doğuran oxşar insidentlərini xatırladıb.
Publika.az xəbər verir ki, həmin anın videogörüntüləri "S-CPAN" tərəfindən yayımlanıb.
Trampın pilləkənlərdə ayağı büdrəsə də, əlinin köməyi ilə tarazlığını tez bərpa edib və qalxmağa davam edib. Onun ardınca ABŞ dövlət katibi Marko Rubio da eyni pilləkənlərdə büdrəyib.
Qeyd edək ki, Tramp Baydenin bu cür büdrəmələrini dəfələrlə məsxərəyə qoyub. 2021-ci ilin martında Bayden təyyarənin trapında üç dəfə yıxılmış, Ağ Ev bunu “güclü küləklə” izah etmişdi. Həmin vaxt Tramp tərəfdarlarına demişdi: "Mən Co Baydenin pilləkənlərlə enişini izlədim və dedim ki, "ona uduzmadım."
2023-cü ilin oktyabrında Bayden Filadelfiyada yenidən pilləkəndə büdrəmiş və yalnız məhəccərdən tutmaqla yıxılmaqdan son anda qurtulmuşdu.
Hüseyn İbadlı
-
Yaxın Şərq15:10"Onlar yalvarırlar": İranın rəqibləri Tehrandan görün nə tələb edir
-
Sosial14:00Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…
-
Sosial13:34Rasim Balayevlə vida mərasimi başa çatdı - Fotolar/Yeniləndi
-
ABŞ10:24Trampdan Müctəba Xamenei açıqlaması: Ya öldürülüb, ya da...
-
MDB09:12Gözlənilməz təsir: Bu ölkə Rusiyada inflyasiyanı aşağı saldı
-
ABŞ08:15İran ABŞ-a 20 neft tankeri verdi - Tramp
-
Avto07:35Leysanda yoxa çıxan nömrələr: nə etmək lazımdır? - Video
-
Magazin107:15Rasim Balayevin nəşi Azərbaycana gətirildi - Foto



































