Banklar
Azərbaycanda bu bankların əmlakları satışa çıxarılır
Aprelin 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Muğan Bank", aprelin 8-də "NBC Bank", "Günay Bank", "Yunayted Kredit Bank", "AtaBank", "AGBank", "Atra Bank", "Kredo Bank", "Gəncə Bank", "Dəmir Bank" və "Muğan Bank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Muğan Bank"a məxsus dəyəri 33 min manat olan "Toyota Camry" və dəyəri 5 min manat olan "Fiat Doblo" markalı minik avtomobillərindən, "NBC Bank"a məxsus Bakı şəhəri, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 500 min manat olan 263 kv metrlik qeyri-yaşayış binasından və dəyəri 2,3 milyon manat olan 281,2 kv metrlik qeyri-yaşayış binasından, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 130 ünvanındakı dəyəri 240 min manat olan 140,8 kv metrlik qeyri-yaşayış sahəsindən, "Günay Bank"a məxsus dəyəri 7,5 min manat olan "Seat Ibiza" markalı minik avtomobilindən, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindəki dəyəri 800 min manat olan 270,6 kv metrlik qeyri-yaşayış sahəsindən, "Yunayted Kredit Bank"a məxsus Xaçmaz rayonu, Şimali qəsəbəsindəki dəyəri 50 min manat olan 107,6 kv metrlik fərdi yaşayış evindən, "AtaBank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 314,7 kv metrlik qeyri-yaşayış binasından, həmçinin Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,3 kv metrlik qeyri-yaşayış binasından, "AGBank"a məxsus Xətai rayonu, Qədir Məmmədov 7 ünvanındakı dəyəri 220 min manat olan 142,2 kv metrlik qeyri-yaşayış sahəsindən, eləcə də Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanındakı dəyəri 55 min manat olan 36 kv metrlik qeyri-yaşayış binasından, "Atra Bank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki dəyəri 1,6 milyon manat olan 436,2 kv metrlik qeyri-yaşayış binasından, "Kredo Bank"a məxsus Quba şəhəri, Qələbə küçəsindəki dəyəri 120 min manat olan 82,1 və 55 kv metrlik qeyri-yaşayış binasından, "Gəncə Bank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 5-ci döngə, ev 10 ünvanındakı dəyəri 55 min manat olan 42 kv metrlik fərdi yaşayış sahəsindən, "Dəmir Bank"a məxsus İmişli şəhəri, Bakı küçəsi, 31 ünvanındakı dəyəri 400 min manat olan 542,31 kv metrlik qeyri-yaşayış binasından, eləcə də Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 10 / Lermontov 123 ünvanındakı dəyəri 220 min manat olan 120 kv metrlik qeyri-yaşayış sahəsindən gedir.
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi
-
Cənubi Qafqaz5 İyun 16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia




































