Kirkin anım mərasiminə gələn silahlı şəxs saxlanıldı
Bizi izləyin

ABŞ

Kirkin anım mərasiminə gələn silahlı şəxs saxlanıldı

ABŞ Məxfi Xidməti sentyabrın 21-də siyasi fəal Çarli Kirkin anım mərasiminin keçiriləcəyi Arizona ştatının Qlendeyl şəhərindəki Dövlət Farm Stadionuna gələn silahlı şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.

Məxfi Xidmətin bəyanatında deyilir ki, həmin şəxs tədbirə hazırlı görən, ərazidə çalışan səlahiyyətli qurumların əməkdaşı deyil və hazırda nəzarət altındadır.

Hüquq-mühafizə orqanlarının adının açıqlanmasını istəməyən əməkdaşının sözlərinə görə, həmin şəxsin əlində tapança və bıçaq olub. O, həmçinin hüquq-mühafizə orqanlarına məxsus və hazırda etibarsız sayılan vəsiqəsini göstərib. Məxfi Xidmət və yerli polis insidentlə bağlı araşdırma aparır.

Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib. O, aldığı ağır xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fəal, ABŞ prezidenti Donald Trampın qatı tərəfdarı idi. Kirk dəfələrlə Amerikanın Ukraynaya hərbi yardımına qarşı çıxıb.

Qətldə şübhəli bilinən Tayler Ceyms Robinson adlı şəxs sentyabrın 11-i axşam saatlarında həbs edilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm