Ekologiya
Bölgələrdə leysan yağır
Ölkənin bəzi ərazilərinə leysan yağır, güclü külək əsir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.
Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28, Culfa, Xızıda 25, Bakıda və Abşeron yarımadasında, Mingəçevirdə 23, Naxçıvan, Naftalanda 22, Şərur, Sabirabadda 20, Qobustan, Goranboyda 19, Bərdə, Sədərək, Kürdəmirdə 18, Qusarda 17, Ağdam, Tərtərdə 16 m/s-dək güclənir.
Göyçay, Lerik, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qrız, Şahdağda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


