Sosial
270 hərbçi mənzillə təmin olundu - VİDEO
Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində yeni inşa olunan 3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilib.
Bildirilib ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, xidməti mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub. Eyni zamanda, binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük döşənib.
Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdikləri ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.
Hərbi qulluqçulara yeni xidməti mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rəhbər heyət ilə birlikdə açılış mərasimindən sonra istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub.
Tədbirin sonunda yeni xidməti mənzillərin sakinləri ilə xatirə fotoşəkilləri çəkdirilib.
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO






































