ABŞ
Tramp BMT-dən GİLEYLƏNDİ: "Azərbaycan və Ermənistan arasında..."

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışında çıxışı zamanı təşkilatı dünya münaqişələrinin həllində fəaliyyətsizlikdə ittiham edib.
Publika.az xəbər verir ki, tədbirin yayımını "Associated Press" (AP) agentliyi həyata keçirir.
“Yeddi ay ərzində yeddi sonsuz müharibəyə son qoydum... Yeddi müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişələrdən gedir. Təəssüf ki, bununla mən məşğul olmalı oldum, halbuki bunu BMT etməli idi.
Mən bunu cəmi yeddi ay ərzində etdim. Heç vaxt buna bənzər heç nə olmayıb. Mən bununla çox fəxr edirəm", - deyə Tramp tribunadan gileylənib.
O qeyd edib ki, təşkilat “böyük potensiala” malik olmasına baxmayaraq, münaqişələrin həllində ona kömək etməyə cəhd göstərməyib.
ABŞ Prezidentinin sözlərinə görə, ona BMT-dən heç kim zəng etməyib və yardım təklif etməyib. BMT-nin sülhməramlı təşəbbüslərə dəstək göstərməməsi səbəbilə Tramp bu təşkilatın məqsədini sorğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, BMT öz missiyasını yerinə yetirə bilmir və Ukrayna münaqişəsi də daxil olmaqla, böyük beynəlxalq böhranların həllində heç bir rol oynamır. Rubio vurğulayıb ki, məhz ABŞ Prezidenti Ukrayna böhranına həll yolu axtarır, BMT isə “heç bir rol oynamır.”
Hüseyn İbadlı

-
ABŞ21:36
Tramp: "London "şəriət qanunları"na keçmək istəyir"
-
İKT21:24
Turan İbrahimova yüksək VƏZİFƏ VERİLDİ
-
Hadisə21:00
Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər - VİDEO
-
Region20:48
Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülhdən DANIŞDI
-
Hadisə20:24
İsmayıllıdan ÜZÜCÜ XƏBƏR - Ölən var
-
Nəqliyyat18:36
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Yeni marşrut avtobusu fəaliyyətə başlayır
-
Nida Xəbər 17:36
BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı
-
Region16:08
Türkiyədə ağır qəza: 18 rusiyalı xəstəxanaya yerləşdirilib