ABŞ
Trampın helikopterinə lazer tutdu, həbs edildi

ABŞ prezidenti Donald Trampın helikopterinin ekipajını lazer ilə kor etməyə cəhd edən şəxs həbs olunub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu helikopter Ağ Evdən yola düşərkən baş verib.
ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli bir adamın küçədə öz-özünə yüksək səslə danışdığını görüb. Məxfi xidmət agenti kişiyə yaxınlaşanda o, qırmızı lazeri prezident helikopteri havaya qalxarkən pilotların üzünə tutub. Agent dərhal lazeri adamın əlindən alıb və onun qollarını qandallayıb.
Qeyd edək ki, sentyabrın 20-də Donald Trampı daşıyan helikopter təcili eniş edib. ABŞ prezidenti və birinci xanım Melaniya Tramp ABŞ-a qayıtmaq üçün departamentə məxsus “Marine One” helikopterində olublar. Helikopter Dama şəhərindən Londonun Stansted Hava Limanına uçarkən texniki nasazlıq səbəbindən təcili eniş edib. Ağ Evin mətbuat katibi Karolin Leavitt hadisəni təsdiqləyib: “Kiçik hidravlik problemə görə ehtiyat tədbiri olaraq pilotlar Stanstedə çatmamış yaxınlıqdakı hava limanına eniblər”.
Daha əvvəl isə Tramp Böyük Britaniyaya uçarkən “Air Force One” təyyarəsində təhlükə yaşayıb. Sözügedən təyyarə Nyu-York səmasında başqa bir sərnişin təyyarəsi ilə təhlükəli dərəcədə yaxınlaşıb.

-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”
-
ABŞ08:49
Trampın helikopterinə lazer tutdu, həbs edildi
-
Nəqliyyat08:24
15 yolda tıxac var - Siyahı
-
Sosial07:55
Laçına növbəti köç karvanı yola salındı
-
Qoroskop02:00
Günün ulduz falı: Maddi məsələlər gündəminizdə olacaq
-
Hadisə01:10
Azərbaycanda zəlzələ oldu
-
İdman01:05
“Qızıl top”un qalibi müəyyənləşdi