Maskın transgender qızı milyarder atasından qəpik də almır: Bəs necə dolanır?
Bizi izləyin

ABŞ

Maskın transgender qızı milyarder atasından qəpik də almır: Bəs necə dolanır?

Milyarder İlon Maskın qızı, 21 yaşlı Vivian Cenna Uilson bu il modellik debütündən sonra qazancını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The cut" nəşri məlumat yayıb.

Bildirilir ki, o, Los-Ancelesdə keçirilən "Teen Vogue 2025" Sammitində "Mən maliyyə cəhətdən müstəqiləm" deyib.

Vivian açıq şəkildə bildirib ki, o, "şöhrətindən bir qəpik də qazanmayıb", ancaq moda və şou-biznesdə karyera qurmaq arzusundadır.

Məşhur soyadına baxmayaraq, Vivian vurğulayıb ki, onun maliyyə vəziyyəti internetdə təsvir olunanlardan çox uzaqdır.

"İnsanlar mənim bir ton pulum olduğunu düşünür. Amma pula qənaət etmək üçün bir mənzili paylaşıram. Mən Elon kimi super zəngin olmaq istəmirəm. Amma şübhəsiz ki, Los-Ancelesdəki həmyaşıdlarımın əksəriyyətindən daha şanslıyam", - deyə o, "Teen Vogue" jurnalına bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm