ABŞ
Tramp bu xəbərdən sonra İranı hədələdi - “Sürətli və amansız şəkildə məhv ediləcək”
ABŞ Prezidenti Donald İranın Hörmüz boğazını minalaması ehtimalı ilə bağlı Tehrana sərt xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, əgər İran boğazı minalayıbsa, ABŞ bu minaların dərhal təmizlənməsini tələb edir, əks halda Tehran "görünməmiş hərbi nəticələrlə" üzləşəcək.
"Əgər onlar yerləşdirə biləcəkləri hər şeyi oradan uzaqlaşdırsalar, bu, doğru istiqamətdə atılmış nəhəng bir addım olar", -Tramp qeyd edib.
O həmçinin əlavə edib ki, minalama işləri ilə məşğul olan istənilən gəmi "sürətli və amansız" şəkildə məhv ediləcək.
Prezidentin bu bəyanatı "CBS News" və digər media qurumlarının ABŞ kəşfiyyatına istinadla yaydığı məlumatlardan sonra gəlib. Məlumata görə, İran hər biri 2-3 mina daşıya bilən kiçik qayıqlar vasitəsilə Hörmüz boğazında minalama işlərinə başlayıb. Bu xəbərdarlıqdan qısa müddət sonra Tramp son bir neçə saat ərzində İranın minalama ilə məşğul olan 10 gəmisinin ABŞ tərəfindən tamamilə məhv edildiyini də təsdiqləyib.
Xatırladaq ki, Hörmüz boğazı qlobal neft tədarükünün təxminən beşdə birinin keçdiyi strateji əhəmiyyətli su yoludur və onun minalanması dünya enerji bazarları üçün ciddi təhlükə hesab olunur.
Hüseyn İbadlı
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü


























.jpg)










