ABŞ
Pentaqon rəsmən etiraf etdi: ABŞ ordusu İranla müharibədə ağır itkilər verib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatın ilk 10 günü ərzində Amerika hərbi kontingentinin itkiləri barədə ilk rəsmi məlumatı açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun baş nümayəndəsi Şon Parnellə istinadən məlumat yayıb.
Məlumata görə, müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı 140 nəfərdir. Yaralananların əksəriyyətinin xəsarəti yüngül olub və 108 hərbçi artıq xidmətə qayıdıb.
Bildirilir ki, 8 amerikalı hərbçi ağır yaralanıb və onların uzunmüddətli müalicə və reabilitasiyaya ehtiyacı var. Bundan əlavə, Pentaqon 8 hərbçinin öldüyünü də təsdiqləyib. Bu itkilərə həm birbaşa döyüş toqquşmaları, həm də İranın ABŞ bazalarına pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələr nəticəsində baş verən hadisələr daxildir.
Daha əvvəl də itkilərlə nəticələnən bəzi insidentlər barədə məlumat yayılmışdı. Belə ki, 1 martda İran PUA-sının Küveyt limanındakı əməliyyat mərkəzinə hücumu nəticəsində 6 amerikalı həlak olub. Həmin vaxt hücumun qarşısını almaq cəhdi zamanı Küveyt pilotu səhvən üç ABŞ F-15 qırıcısını vurub, lakin həmin insidentdə ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, ABŞ hərbçilərinin itkiləri İranın cavab əməliyyatı fonunda baş verib. Tehran bu əməliyyata ölkənin ali dini lideri ayətullah Əli Xameneinin və digər yüksək vəzifəli şəxslərin öldürülməsindən sonra başladığını bildirib. İran hakimiyyəti Yaxın Şərqdə ABŞ-ın istifadə etdiyi bütün hərbi obyektlərin hədəf alınacağını açıqlayıb.
Adəm
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü


























.jpg)










