ABŞ
ABŞ-da müharibə təşvişi: Tramp İrana qarşı “məhbus ordusu” qurur
ABŞ administrasiyası İrana qarşı mümkün quru əməliyyatı üçün səfərbərlik variantını ciddi şəkildə nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, müvafiq qərar artıq prezident Donald Trampın masası üzərindədir. Levitt bildirib ki, qələbə qazanmaq üçün heç bir variant istisna edilmir.
Pentaqonun rəhbəri Pit Heqset isə ABŞ-ın nə qədər irəli getməyə hazır olduğunu açıqlamayıb. O, yalnız qeyd edib ki, Vaşinqton qarşıya qoyulan məqsədlərə çatmaq üçün lazım olan qədər irəli gedəcək.
Bu açıqlamaların fonunda ABŞ-da geniş ictimai müzakirə başlayıb. Rəsmi qaydalara görə, mümkün səfərbərlik 18-25 yaş arası gəncləri, o cümlədən tələbələri və “green card” sahiblərini də əhatə edə bilər. Bununla yanaşı, alternativ variant kimi məhbusların cəlb olunacağı özəl hərbi şirkətin yaradılması ideyası da müzakirə edilir.
Qeyd edək ki, hakimiyyətin bu planları hətta Trampın bəzi keçmiş müttəfiqlərinin də kəskin tənqidinə səbəb olub. Konqres üzvü Marjori Teylor Qrin prezidenti seçiciləri aldatmaqda ittiham edərək onun seçki kampaniyası zamanı yeni müharibələrə başlamamaq vədini xatırladıb: “Prezidentin komandası "heç bir müharibə yoxdur" şüarının əksinə hərəkət edir”.
Bundan başqa, Senatda da mövzu ətrafında qızğın müzakirələr gedir. Demokratlar Konqresin razılığı olmadan ABŞ-ın yeni münaqişəyə cəlb edilməsinə qarşı çıxır, respublikaçıların bir hissəsi isə daha sərt mövqe tutmağa çağırır.
Analitiklərin fikrincə, planın nə dərəcədə real olduğu yaxın həftələrdə aydın olacaq. Lakin belə bir variantın müzakirəyə çıxarılması Vaşinqtonun mümkün quru əməliyyatına ciddi hazırlaşdığını göstərir.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































