ABŞ
Trampın münaqişəsinə son qoymaq planı - Hadisələr necə cərəyan edə bilər?
ABŞ-ın İrandakı hərbi əməliyyatı yaxın həftələrdə başa çatmayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinad məlumat yayıb.
İsrail rəsmiləri onlarda belə bir təəssürat yarandığını bildiriblər ki, Donald Tramp müharibəni yaxın iki-üç həftə ərzində dayandırmağı planlaşdırmır. Lakin onlar ABŞ prezidentinin Amerikanın məqsədlərinə çatdığına qərar verəcəyi təqdirdə qəfil qərar qəbul edə biləcəyi ehtimalını da istisna etmirlər.
İsraildəki digər mənbələr isə qeyd ediblər ki, Amerika lideri son zamanlar Yaxın Şərqlə bağlı məsələlərdə qeyri-müəyyən və yayındırıcı mövqe nümayiş etdirir.
Bundan əvvəl Tramp İranda "zərbələr üçün demək olar ki, hədəf qalmadığını" qeyd edərək, əməliyyatın yalnız o, qərar verdiyi zaman bitəcəyini bəyan etmişdi.
Martın 9-da ABŞ Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin məlumatına görə, tərəflər mövcud beynəlxalq vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb; hücumlar nəticəsində bir çox şəhər, o cümlədən ali lider Əli Xameneinin iqamətgahı hədəf alınıb və o, həlak olub. İran isə buna cavab olaraq İsrailə və ABŞ-ın Yaxın Şərqdəki aviabazalarına raket və PUA-larla zərbələr endirir.
Hüseyn İbadlı
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev



































