ABŞ
ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
ABŞ-ın Miçiqan ştatında sinaqoqa hücum etməkdə şübhəli bilinən şəxs öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbəyə istinad məlumat yayıb.
Şübhəlinin kimliyi və ölümünün təfərrüatları barədə məlumat verilmir; həmçinin hücum nəticəsində xəsarət alanlar və ya ölənlər barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, martın 12-də naməlum şəxs yük avtomobiliniə Vest-Blumfild şəhərində yerləşən sinaqoq binasına çırpıb və atəş açıb. Hadisə ilə əlaqədar vətəndaşlardan əraziyə yaxınlaşmamaq xahiş olunub.
xxx
22:24
ABŞ-ın Miçiqan ştatındakı sinaqoqda atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə yerli polis hadisə ilə bağlı “X” sosial media səhifəsində dərc olunmuş açıqlamada məlumat verib.
"Aktiv atışma: 12 mart, saat 12:30 (Bakı vaxtı ilə saat 20:30)", - deyə mətndə bildirilir.
Fövqəladə halın İsrail Məbədində - Sinaqoqda baş verdiyi bildirilir.
“Click On Detroit”in məlumatına görə, naməlum şəxs yük maşını ilə qəsdən sinaqoqa çırpılıb və hadisə yerində yanğın baş verib. Oakland dairəsinin şerifi Maykl Buşarın sözlərinə görə, ən azı bir nəfər məbədə girib, təhlükəsizlik işçiləri tərəfindən görülüb və atəş açıb.
"Orada başqa kiminsə olub-olmadığını araşdırırıq", - deyə o vurğulayıb.
Hadisədən sonra ictimaiyyətdən hadisə yerindən uzaq durmaları xahiş edilib. Hazırda xəsarət alanlar barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunun özünün də xəsarət almış ola biləcəyini dəqiqləşdiriblər.
"Biz bu adamı saxlamadıq", - Buşar xəbərdarlıq edib.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel “X” sosial media saytında agentliyin əməkdaşlarının fövqəladə hal baş verən yerdə olduğunu yazıb.
Qeyd edilib ki, Temple Israel, Reform Yəhudi sinaqoqudur. Burada uşaq bağçası fəaliyyət göstərir.
Hüseyn İbadlı
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir





































