ABŞ
ABŞ İrana qarşı əməliyyata görün nə qədər pul xərcləyib
Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara artıq təxminən 11 milyard dollar xərcləyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Sky News" telekanalına müsahibəsində bildirib.
Jurnalistin İrana qarşı döyüş əməliyyatları üçün elə bir xərc həddinin olub-olmadığı və müharibənin artıq "büdcəyə uyğun olmadığını" prezident Donald Trampa deyib-deməyəcəyi barədə sualına Bessent "qətiyyən yox" cavabını verib.
Bundan əvvəl "The New York Times" qəzeti Pentaqonun məlumatlarına istinadla yazıb ki, ABŞ hərbi əməliyyatın ilk həftəsində 6 milyard dollardan çox vəsait xərcləyib; nəşrin məlumatına görə, bu məbləğin 4 milyard dolları əsasən İran raketlərini zərərsizləşdirmək üçün istifadə olunan tutucu sistemlərin sursatlarına sərf edilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb; hücumlar nəticəsində bir çox şəhər, o cümlədən ali lider Əli Xameneinin iqamətgahı hədəf alınıb və o, həlak olub. İran isə buna cavab olaraq İsrailə və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































