ABŞ
ABŞ-da sinaqoqa hücum edənin kimliyi bəlli oldu
ABŞ hüquq-mühafizə orqanları Miçiqan ştatında sinaqoqa hücum edən şəxsin kimliyini müəyyən edib.
Publika.az xəbər verir ki, “NBC News”un məlumatına görə, onun Məhəmməd Baylor Cəlloh olduğu müəyyən edilib.
Hadisə 12 martda baş verib. Medianın məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Daha əvvəl Federal Təhqiqat Bürosunun direktoru Keş Patel sinaqoqun içərisində atışma baş verdiyini bildirmişdi. Daha sonra ərazi mühasirəyə alınmışdı.
Detroyt Yəhudi Federasiyası sosial mediada icma üzvlərinə hadisə yerindən uzaq durmaq çağırışı edib.
Nəşrin məlumatına görə, Cəlloh əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmişdi. 2016-cı ildə o, terror təşkilatı olan İslam Dövlətinə maddi dəstək verməyə cəhddə şübhəli bilinərək həbs olunmuşdu.
İstintaq orqanları hücumun səbəblərini aydınlaşdırmağa davam edir.
Tural
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































