ABŞ
ABŞ ordusunda böhran: Hərbi sursat tükəndi
ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar fonunda Pentaqonun illərdir topladığı sursat ehtiyatlarının tükəndiyi iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, tükənən arsenal siyahısında xüsusilə strateji əhəmiyyətli "Tomahawk" qanadlı raketləri üstünlük təşkil edir. Mənbə bildirib ki, bu raketlərin istehsalı böyük xərclər tələb edir və ABŞ Hərbi Dəniz Qüvvələri bunun fəsadlarını hələ illərlə hiss edəcək.
Qeyd olunur ki, hərbi xərclərin artırılması ABŞ administrasiyasına təzyiqi artıracaq, çünki İsraillə birgə İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar səbəbindən Hörmüz boğazında gəmilərin hərəkəti çətinləşib və bununla da dünya bazarında neftin qiyməti bir barrel üçün 100 dollardan yuxarı qalxıb.
Mənbə vurğulayıb ki, Pentaqonun yaxın günlərdə müdafiə ehtiyacları üçün Ağ Ev və Konqresdən 50 milyard dollar məbləğində əlavə vəsait tələb edəcəyi gözlənilir. ABŞ senatoru Liza Murkovski bildirib ki, Pentaqon bu xərcləri əsaslandırmalıdır, çünki Konqresdə əlavə maliyyələşmə ilə bağlı ciddi fikir ayrılıqları yarana bilər.
ABŞ ordusunun yaxın günlərdə sərf olunan sursatın dəyəri barədə Konqresə məlumat verəcək.
Adəm
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev



































