ABŞ
Trampdan amerikalılara çağırış: Bu qəzeti oxumayın
ABŞ Prezidenti Donald Tramp Amerika mətbuatını yenə hədəfə alıb.
Publika.az xəbər verir ki, o, bu dəfə məşhur "New York Times" nəşri haqqında sərt çıxış edib.
Ağ Ev rəhbəri bildirib ki, "uğursuz "New York Times" qəzetini oxuyan hər kəs ABŞ-ın İranda uduzduğunu düşünə bilər.
Bu qəzeti oxumamağa çağıran Tramp bildirib ki, bizim misli görünməmiş atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Əlavə edib ki, Vaşinqton "terrorçu İran rejimini tamamilə məhv edərək" mühüm nəticələr əldə edib.
Qeyd edək ki, Tramp bu müraciəti Floridada keçirilən mitinq zamanı seçicilərinə ünvanlayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin ABŞ-ın dəstəyi ilə İrana zərbə endirməsi və Tehranın buna İsrail ərazisini, həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını atəşə tutmaqla cavab verməsi regionda hərbi gərginliyi artırıb və qlobal ticarətə ciddi təsir göstərib.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































