ABŞ
ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
ABŞ Yaxın Şərqə süni intellektlə işləyən təxminən 10 min dron-kəsici göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, söhbət əvvəllər Ukrayna müharibəsində hazırlanaraq istifadə edilən "Merops" adlı dronlardan gedir. Bu qurğular əsasən digər pilotsuz uçuş aparatlarını havada məhv etmək üçün nəzərdə tutulub.
Belə dron-kəsicilərin qiyməti təxminən 14–15 min dollardır ki, bu da ənənəvi hava hücumundan müdafiə raketləri ilə müqayisədə xeyli ucuzdur. ABŞ-nin məqsədi mümkün hücumlar zamanı bahalı raket ehtiyatlarını sərf etmədən müdafiəni təmin etməkdir.
Bildirilir ki, bu addım əsasən İran tərəfindən həyata keçirilə biləcək pilotsuz aparat və raket hücumlarını dəf etmək məqsədi daşıyır.
“Bloomberg” qeyd edir ki, "Merops" sisteminin geniş tətbiqi bölgədə hərbi balansı dəyişə bilər. Çünki indiyədək ABŞ və İsrail əsasən "Patriot" və THAAD kimi bahalı hava hücumundan müdafiə komplekslərinə güvənirdi.
Bu sistemlərin hər bir raketinin qiyməti isə 4 milyon dollardan çox ola bilər. Buna görə də ucuz dron-kəsicilərin tətbiqi pilotsuz aparatlara qarşı mübarizəni daha sərfəli və effektiv edə bilər. (Musavat.com)
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































