5 gün əvvəl dənizdən meyiti tapılan şəxsin kimliyi bilindi - FOTO
Bizi izləyin

Kriminal

5 gün əvvəl dənizdən meyiti tapılan şəxsin kimliyi bilindi - FOTO

5 gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, aparılan araşdırmalardan sonra məlum olub ki, meyiti tapılan şəxs paytaxt sakini Hacıyev Hacıəli Ağabala oğludur. Onun hansı şəraitdə dənizə düşməsi məlum olmasa da, meyit üzərində hansısa xəsarət aşkarlanmayıb. Bu səbəbdən də ilkin olaraq ölüm faktı intihar kimi qiymətləndirilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar davam etdirilir.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm