Fransız gözəli: “40 yaşdan sonra...” - FOTOLAR
Bizi izləyin

Art

Fransız gözəli: “40 yaşdan sonra...” - FOTOLAR

“Cəsur ürək” filmini izləmisinizsə, şahzadə İzabel rolundakı Sofi Marsonu unutmağınız mümkün deyil. Bu xanım gözəlliyi və insanı xəyallara aparan baxışları ilə dərhal diqqət çəkir.

1966-cı ildə Fransada dünyaya göz açan Sofi Marso 9 yaşından etibarən aktrisa kimi fəaliyyət göstərib. Bu günə kimi onlarla filmdə rol alsa da, onu məşhurlaşdıran məhz Mel Gibsonun rejissoru olduğu “Cəsur ürək” olub.

Sofi Marso şöhrətə laqeydliyi, şəxsi həyatını kameralardan gizli yaşaması ilə digər ulduzlardan fərqlənir. 49 yaşı olan iki uşaq anası Sofi qırışlarını sevdiyini və yaşlanmaqdan qorxmadığını bildirir.

Cazibədar aktrisa müsahibələrindən birində jurnalistin fotoşopla bağlı sualına belə cavab verib:

“Biz aktrisayıq. Heç vaxt qocalmayan “kukla” və ya heykəl deyilik. Qırışlar həyatın cizgiləridir. Onlar təcrübələrimizdən, duyğularımızdan xəbər verir. Ona görə də, qırışları silmək olmaz. Hər hansı jurnalın üz qabığı üçün şəklimin üzərində işləyib qırışlarımı yox etmələrini istəmirəm.

Hiyləyə əl atsanız, insanlar sizi ekranda görəndə: “mən bu qadını başqa cür təsəvvür edirdim. Şəkillərdə daha gənc görünürdü” – deyəcəklər. Bəzən qəzetlərdə elə fotolarımı görürəm ki, özümü tanıya bilmirəm. Təbii ki, mən də yaşlanmaq istəmirəm. Özümə fikir verirəm, lakin 20 yaş gənc görünmək arzum yoxdur”.

Aktrisa yaşlanmağın bəzi üstünlükləri olduğunu da düşünür:

“İnsan 40 yaşdan sonra daha möhkəm əlaqələr qura bilir. İyirmi yaşındakı kimi düşünmürsən. Qırx yaşdan sonra həyat daha gözəldir”.

Məşhurluqla bağlı fikirlərini dilə gətirən Sofi Marso şöhrəti atom bombası ilə müqayisə edir:

“Məncə, şöhrət həyatınıza düşən kiçik atom bombasıdır. Qaydalar alt-üst olur, hamı narahatlıq keçirir. Yaxınlarınız özünü lazımsız hiss edir. Buna baxmayaraq, sizə yaxın olduqlarını düşünmək xoşlarına gəlir. Mənim də ailəmdə problemlər oldu. Ancaq bizim bəxtimiz gətirdi, çünki həyat tərzimizə, bir-birimizin azadlığına hörmət edirdik”.

Qızının aktrisa olmasını istəmədiyini söyləyən Sofi Marso bu peşənin çətinliyinə diqqət çəkir:

“Mən onlara bu mövzuda nümunə olmaq istəmərəm. Uşaqlarım mənim 30 yaşımda sahib ola bilmədiyim bir çox şeyə sahibdirlər - səyahət ediblər, oxuyublar, dincəliblər. Mən isə o yaşlarda olanda heç nə bilmirdim. Sadəcə, öz ayaqlarım üzərində dayanmağa çalışırdım”.

Publika.az kino dünyasına unudulmaz izlər qoyan Sofi Marsonun fotolarını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm