Səhnədə dünyasını dəyişən məşhur - VİDEO
Bizi izləyin

Art

Səhnədə dünyasını dəyişən məşhur - VİDEO

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür.


Publika.az xəbər verir ki, görkəmli bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçəri şəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olmağa başlayır. O, məktəbdə musiqi müəlliməsi idi.

Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib və Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluğu da elə burada qazanıb. O, kiçik konsertlər verir, klublarda çıxış eləyirdi. Vaqif, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.

1964-cü ildən V. Mustafazadə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

O, 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı səhnədə ürək tutmasından vəfat edib. Musiqiçi Bakıda dəfn olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm