Xalq artistinın 70 yaşına
Bizi izləyin

Art

Xalq artistinın 70 yaşına

Fevralın 17-də Dövlət Akademik Milli Dram Teatrında Əliabbas Qədirovun 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan teatr sənətinin istedadlı nümayəndələri sırasında görkəmli teatr və kino aktyoru, mərhum sənətçi, xalq artisti Əliabbas Qədirovun layiqli yeri var.

O, 1964-1969-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. 1970-ci ildən Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çalışan sənətçi burada yaddaqalan, maraqlı, bir-birindən rəngarəng obrazlar qalereyası yaradıb.

Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə uğurla çəkilib.

Azərbaycan Milli Televiziyasında hazırlanmış bir çox teletamaşalarda maraqlı rollar oynamış aktyor, “Komediyalar aləminə səyahət” verilişinin də ilk aparıcısı olub.

Ə.Qədirov 2006-cı ilin mart ayında vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm