Kinoteatrda “Yarımçıq xatirələr”
Bizi izləyin

Art

Kinoteatrda “Yarımçıq xatirələr”

“Yarımçıq xatirələr” və “Xoca” filmlərinin pulsuz nümayişi olacaq.

Xocalı faciəsinin anım günü - fevralın 26-da “Park Cinema” kinoteatrlar şəbəkəsində “Yarımçıq xatirələr” və “Xoca” filmləri pulsuz olaraq bütün tamaşaçılara nümayiş olunacaq. Həmçinin, komediya janrında olan bütün filmlər və cizgi filmləri repertuardan çıxarılacaq.

Publika.az xəbər verir ki, Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.

2012-ci ildə çəkilmiş “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm