Özbəkistanda Xocalıya həsr olunmuş konsert-rekviem təqdim olunub
Bizi izləyin

Art

Özbəkistanda Xocalıya həsr olunmuş konsert-rekviem təqdim olunub

Özbəkistanda Xocalı soyqırımı qurbanları anılmış və faciə qurbanlarının xatirəsinə həsr olunmuş konsert-rekviem təqdim olunub.

Publika.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin çoxsaylı səfirləri, diplomatları, ölkənin dövlət nümayəndələri, tanınmış elm, mədəniyyət xadimləri, diaspora fəalları, ali məktəb tələbələri, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Heydər Əliyev Fondunun layihəsi ilə çəkilmiş “Xocalıya ədalət” adlı klip nümayiş etdirilib.

Daha sonra Özbəkistan xalq çalğı alətləri Kamera Orkestri “Xocalıya ədalət” adlı soyqırım qurbanlarının xatirəsinə həsr etdiyi konsert-rekviemlə çıxış edib.

Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, özbək bəstəkarları Dani Zakirovun, Muxtar Əşrəfinin və s. əsərləri ifa olunub.

Beynəlxalq festivalları laureatı Səncər Kadirov Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf etdiyi “Ayrılıq”, “Darıxıram sənin üçün Şuşam” musiqisini Azərbaycan dilində ifa edib. Konsert-rekviemdə bədii rəhbər professor Firuzə Abduaraximova olub.

Tədbirdə iştirak edən xarici qonaqlara Azərbaycan Səfirliyinin dəstəyilə bu il Daşkənddə nəşr olunmuş özbək tədqiqatçısı Şuxrat Barlasın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər” adlı kitab paylanılıb.

Tədbir yerli KİV-lərdə, o cümlədən, Türkiyənin “TRT” kanalında geniş yayılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm