“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” tədbiri keçiriləcək
Bizi izləyin

Art

“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” tədbiri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçiriləcək.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti”, professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış edəcəklər.

Tədbirin bədii hissəsində isə Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və aşıqlar çıxış edəcək.

Tədbir mayın 6-da saat 15.00-də Bakı şəhərində yerləşən Muzey Mərkəzinin akt zalında keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm