Azərbaycanlı rejissorun filmi festivaldan iki diplomla qayıtdı
Bizi izləyin

Art

Azərbaycanlı rejissorun filmi festivaldan iki diplomla qayıtdı

Rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunub.

Geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan ekran işi festivalın iki diplomuna layiq görülüb.

17-31 may tarixlərində baş tutmuş festivalın əsas məqsədi xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Festivalda 65 ölkənin nümayəndəsi iştirak edib.

“Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas – konkurs proqramına daxil edilib.

Ekran əsərinin ssenari müəllifləri Vaqif Azəryar və Rüfət Əsədov, xronometrajı 32 dəqiqədir.

Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

Qəhrəmanın İsraildə yaşayan qohumları da festivalda filmə tamaşa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm