Aktyorlarımızı Türkiyə və Gürcüstana aparan SƏBƏB
Bizi izləyin

Art

Aktyorlarımızı Türkiyə və Gürcüstana aparan SƏBƏB

Azərbaycanın müstəqil, art-underground teatrı olan ADO Gürcüstan və Türkiyəyə qastrol səfərinə hazırlaşır. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.

Publika.az xəbər verir ki, səfər 1 iyundan 15 iyun tarixinə kimi davam edəcək: “ADO-nun Gürcüstan və Türkiyəyə səfər hazırlıqları yekunlaşmaq üzrədir. Qastrola teatrın “STOP” tamaşasını aparırıq. Müxtəlif yerlərdə tamaşalarımız olacaq. İlk öncə İstanbulda, daha sonra isə Tiflisdə nümayişlərimiz baş tutacaq. Tiflisdə “Movement” teatrında iki nümayiş olacaq, daha sonra LOFT Hostel-də və Gürcüstanın Bolnisi rayonunda yaşayan azərbaycanlılar və gürcülər üçün tamaşa göstərəcəyik. Qısa zamanda tamaşaların dəqiq yerləri və vaxtları haqda detallı məlumatlar da dəqiqləşəcək və bütün bu məlumatları rəsmi "Facebook" səhifəmiz olan Fb.com/adotheatre ünvanında mütəmadi paylaşacağıq”.

Elmin Bədəlov onu da qeyd edib ki, Tiflis və Türkiyədə yaşayan insanlar 1-15 iyun tarixlərində onlarla yaxından əməkdaşlıqda iştirak edə və nümayiş olunan tamaşalara qatıla bilərlər.

Qeyd edək ki, 15 iyul 2013-cü il tarixində ölkənin ilk müstəqil teatrı olan Oda teatrı yaranıb. Həmin teatrın təsisçisi Elmin Bədəlov 1 sentyabr 2015-ci il tarixində ADO teatrını yaradıb. Daha sonra bütün fəaliyyətlər ADO teatrı adı altında cəmləşib və davam edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm