Art
Əbülfəs Qarayev Tunis prezidenti ilə görüşdü
Tunis prezidenti Beji Kaid əs-Sebsi ISESCO-nun 12-ci Baş Konfransının prezidenti, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad Amin Madani ve ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə birlikdə qəbul edib.
"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Tunis dövlət başçısına çatdıraraq iki dost ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları, Qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən Bakı prosesi, gələn il Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ISESCO arasında mövcud olan dərin əməkdaşlığı barədə Tunis prezidentinə məlumat verib.
Beji Kaid əs-Sebsi öz növbəsində ISESCO Təhsil Nazirlərinin I Konfransı münasibətilə hər üç qonağı təbrik edərək azərbaycanlı həmkarına səmimi salamlarını və hörmətini çatdırmağı xahiş edib.
Görüşdə, həmçinin İƏT ve ISESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi