Ailəsi Yevtuşenko ilə vidalaşdı
Bizi izləyin

Art

Ailəsi Yevtuşenko ilə vidalaşdı

“Bundan şou düzəltmək lazım deyildi”

Rusiyanın Peredelkino qəsəbəsində böyük şair Yevgeni Yevtuşenkonun vida mərasimi keçirilib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, mərasim ailə üzvlərinin və yaxın dostların əhatəsində baş tutub. Knyaz İqor Çerniqavski adına kilsənin keşişi Vladimir Vigiliyanskinin sözlərinə görə mərasimin belə dar çərçivədə keçirilməsini şairin ailəsi istəyib.

“Bundan şou düzəltmək lazım deyildi. Belə daha yaxşı oldu”, - deyə keşiş bildirib.

Şairin dəfninin “adamsız” keçirilməsinə səbəb qəbiristanlıqda yerin dar olmasıdır.

Aprelin 11-də isə ictimai vida mərasimi keçiriləcək, həmçinin şairin ruhuna dualar oxunacaq. Vətəndaşlar üçün mərasim Moskvada Ədiblər Mərkəzində baş tutacaq.

Şəfiqə ŞƏFA

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm