İlin ən yaxşı səyahət fotoları seçildi - MÖHTƏŞƏM MƏNZƏRƏLƏR
Bizi izləyin

Art

İlin ən yaxşı səyahət fotoları seçildi - MÖHTƏŞƏM MƏNZƏRƏLƏR

Partlayan bir vulkanın dumanından çıxıb vulkana düşən ildırım timsahları, dərvişləri və sörf idmançılarını geridə qoyaraq ilin ən böyük mükafatını qazanıb.

“National Geographic” jurnalı ilin ən yaxşı səyahət fotolarını seçib.

Birinci yerə layiq görülən fotonun sahibi Tapiro Velasko olub. O, Meksikada yerləşən Kolima vulkanının fotolarını çəkmək üçün on illər boyunca dağın fəaliyyətindəki dəyişiklikləri izləyib. Fotoqraf öz təəssüratlarını izləyiciləri ilə paylaşıb:

“Kameranın ekranına baxarkən tək edə bildiyim şey izləmək olurdu. Bu təbiətin gücünü göstərən mümkünsüz bir foto idi. Bu fotonun həyatımın görüntüsü olacağına əminəm”.

Hiromi Kano quşların qanadlarını çırpması anını görüntüləyən fotosu ilə ikinci yerə layiq görülüb.

Üçüncü sırada Kosta Rikada bir körpünü keçən 35 timsahın fotosu yer alıb.

Publika.az yarışmada yer qazanan digər fotoları da təqdim edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm