Art
Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq
Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib.
Publika.az xəbər verir ki, film 6-9 oktyabr tarixlərində Londonda baş tutacaq festivalda nümayiş etdiriləcək və festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.
Böyük Britaniyanın tanınmış aktyorları Vinston Ellis, Kassandra Frenç, Samüel Anderson Romford film festivalın jüriləri sırasındadırlar.
Qeyd edək ki, Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş "Near Nazaret" film festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi